23 sentyabr 2022-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- Kitabxanaçılıq-informasiya fakültəsi üzrə seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisinin keçirilməsi.
- Cari məsələlər
02 noyabr 2022-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- Yay məktəbində tədrisin təşkili və nəticələri haqqında (dekan müavini, dosent Zahidə Rzayeva)
- 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti (dekan müavini, dosent Zahidə Rzayeva)
- 2022/2023-cü tədris ili üçün magistr dissertasiyaları və bakalavr buraxılış işləri mövzularının təsdiqi (kafedra müdirləri).
- 2022/2023-cü tədris ilində imtahan sessiyasında iştirak edəcək koordinatorların təsdiqi (kafedra müdirləri).
- Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfransa hazırlığın vəziyyəti.
26 dekabr 2022-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi adının yenidən müəyyən edilməsinin müzakirəsi.
- 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının təşkili ilə bağlı məsələlərin müzakirəsi (dekan müavini).
- Sonuncu kurs magistrant və bakalavrların praktikasının təşkili haqqında (dekan, dekan müavini, kafedra müdirləri).
- Cari məsələlər.
22 fevral 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- Qış imtahan sessiyasının təşkili və yekunları haqqında hesabat (dekan).
- Yeni tədris ilinə hazırlıq (dekan müavini).
- 2022/2023-cü tədris ili üçün magistr dissertasiyaları və bakalavr buraxılış işlərinin hazırlıq vəziyyəti (kafedra müdirləri).
- Fakültədə nizam-intizam qaydaları və işə davamiyyətin təşkili haqqında (dekan).
- Doktorantların attestasiyasının müzakirəsi.
- Kitabşünaslıq və nəşriyyat işi kafedrasının 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə büdcə hesabına qiyabi doktorantı Məmmədova Afaq Afiq qızına dissertasiya mövzusunun və elmi rəhbərin təyin edilməsinin müzakirəsi.
- Cari məsələlər.
23 may 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- Fakültənin IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekun qiymətləndirilməsinin müzakirəsi.
- Cari məsələlər.
11 iyul 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlər:
- 2022-2023-cü tədris ilində Yekun dövlət buraxılış işləri üzrə DAK sədrinin hesabatı (prof. Kərim Tahirov).
- 2022-2023-cü tədris ilində magistratura üzrə İxtisaslaşmış Şura sədrlərinin hesabatı (Mayıl Əhmədov; elmlər doktoru Əliağa Cəfərov).
- 2022-2023-cü tədris ilində yay məktəbinə hazırlığın vəziyyəti (dekan müavini).
- 2023-2024-cü tədris ili üzrə fakültə üzrə iş planlarının (Fakültə Elmi Şurasının, dekan və müavinlərinin, digər əməkdaşların (mütəxəssis, tyutor və b. illik iş planları) və 2023-2024-cü tədris ilinə dair Hazırlıq Aktının müzakirəsi.
- Fakültə Həmkarlar Təşkilatının, TEC-in, Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ili üzrə hesabatının müzakirəsi.
- 2023-2024-cü tədris ili üzrə dərs bölgüsünün aparılması.
- Cari məsələlər.